İsmayıllıda 10 mağaza yarıldı

20 May 2013 14:00 (UTC+04:00)


Mayın 20-si gecə saatlarında İsmayıllı rayonunun mərkəzi bazarında 10-a yaxın mağaza yarılıb. Güclü yağış zamanı bağlı olan mağazaların qapılarını qıran oğrular əksəriyyəti ərzaq mağazası olmaqla 10 obyekti soyublar. Bu barədə "Yeni Müsavat"a məlumat verən bazar çalışanları bildiriblər ki, oğrular kassalardakı pulları və kontur kartlarının hamısını aparıblar.

Onların sözlərinə görə, oğrular hansı mağazada daxili kamera varsa ona girməyiblər. Bazar çalışanlarının bildirdiyinə görə əvvəllər də İsmayıllı bazarında bu tip oğurluq halları baş verib. Mağaza sahibləri rayon polisinə məlumat verib, polis hadisə yerində araşdırmalara başlayıb.

Sakinlər bu oğurluq hadisəsinin arxasında əvvəllər Basqal qəsəbəsində Beynəlxalq banka məxsus bankomatları və polis şöbəsinin yaxınlığındakı mebel mağazasını yaran mütəşəkkil cinayətkar dəstənin olduğundan şübhələnirlər.

AzNews.az