Xalq şairi Prezidentə təşəkkür etdi: Məni darlıqdan xilas etdi

7 Noyabr 2019 10:18 (UTC+04:00)

Azərbaycan Prezidenti Xalq şairi Musa Yaqubu mükafatlandırıb.

AzNews.az xəbər verir ki, İlham Əliyev Bakı şəhərində ona 3 otaqlı ev hədiyyə edib.

Musa Yaqub AzNews.az-a açıqlamasında informasiyanı təsdiq edərək İlham Əliyevə təşəkkürünü bildirib:

“Evimiz darısqal idi. Çox sağ olsun, məni darlıqdan xilas etdi. Poeziya ilə məşğul olan adamam. Qonaqlarım gəlir, çox çətinlik çəkirdim. Prezident mənə çox böyük ev verib. Allah ömür versin, qonaqlarımı orada rahatca qarşılayım”.

Bahar RÜSTƏMLİ

AzNews.az