Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır

7 Noyabr 2019 11:36 (UTC+04:00)

"Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır".

Bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və s. kimi parametrlər öz əksini tapacaq: "Regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayırıq. Ölkənin 50-dən çox regionunda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyata keçirilir". (APA)

AzNews.az