Milli Məclis komitələrinin birgə iclasında dövlət büdcəsinin müzakirəsi davam edir

7 Noyabr 2019 12:03 (UTC+04:00)

Noyabrın 7-də Milli Məclisin daha beş komitəsinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında Qanun layihəsinin müzakirəsi aparılır.

İclası açan Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, proqnozlaşdırılan büdcə gələn il qarşımızda duran vəzifələrin öhdəsindən gəlməyimizə imkan verəcək.

Əhaliyə ödənişlərin məbləği artacaq, eləcə də büdcəyə daxilolmaların həcmi çoxalacaq.

AzNews.az