UEFA “Avro-2020”nin rəsmi topunu təqdim etdi - FOTO

7 Noyabr 2019 12:02 (UTC+04:00)

“Avropa-2020” Çempionatının təşkilatçıları turnirin rəsmi topunu təqdim ediblər.

AzNews.az bu barədə “Avro-2020”nin “Twitter” səhifəsinə istinadən xəbər verir.

Topa vahidlik (unity) və eyforiya (euphoria) anlayışlarını özündə birləşdirən “Uniforia” adı verilib. O, 2018-ci ilin çempionatının topu “Telstar”la eyni materialdan hazırlanıb.

Topun dizaynı rəssamın fırçasına izinə bənzəyən rəngbərəng kənarları olan qara enli zolaqlardan ibarətdir.

Xatırladaq ki, “Avro-2020” gələni ilin 12 iyunundan Avropanın 12 ölkəsində keçiriləcək.

AzNews.az