"Həyatımın ən özəl anlarından biri idi"- Hadisə

7 Noyabr 2019 13:21 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Hadisə onunla görüşmək istəyən epilepsiya xəstəsi fanatı Eda Nurun təklifinə "ən yaxın zamanda görüşəcəyik" sözünü vermişdi.

AzNews.az xəbər verir ki, müğənni sosial media hesabından Eda Nur ilə çəkdirdiyi fotoları paylaşaraq bu başlığı yazıb:

"Eda Nurun bir xəyalı var idi, mənimlə tanış olmaq. Bu gün görüşdük, çoxlu danışdıq. Həyatımın ən özəl anlarından biri idi. Əsla unutmayacam. Eda Nur, buradan da deyirəm səni çox sevirəm. Yaxşı ki, gəldin. Görüşməyimizə yardımçı olan hər kəsə təşəkkür edirəm”.

Səidə Vahid

AzNews.az