Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi – Gizli görüş

7 Noyabr 2019 14:08 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə "Mənim addımım" blokunun deputatları ilə görüşüb.

Bu məlumatı “Joxovurd” öz mənbələrinə istinadən yayıb. Görüş noyabrın 5-də qapalı rejimdə baş tutub.

Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Ermənistanla qondarma Qarabağ rejimi münasibətləri, cəbhənin təmas xəttindəki vəziyyət olub. Deputatlar Paşinyandan həmçinin Vitali Balasanyanın son bəyanatları barədə də soruşublar.

Paşinyan deputatlara cavabında Ermənistanla qondarma qurum arasında heç bir gərginliyin olmadığını, cəbhədə vəziyyətin sakit olduğunu deyib.

O, həmçinin Ermənistanın 2020-ci ildə qondarma rejimdəki seçkiyə qarışmayacağını söyləyib. (Axar.az)

AzNews.az