Fədayə Laçın Tacir Şahmalıoğlundan gileyləndi: Mənə dəstək olmadı - VİDEO

7 Noyabr 2019 15:26 (UTC+04:00)

Həbsxanadan çıxan müğənni Fədayə Laçın bir vaxtlar qol-qola, əl-ələ tutub duet oxuduğu Tacir Şahmalıoğlundan gileylənib.

AzNews.az xəbər verir ki, ARB TV-nin "Show News” verilişində qonaq olan sənətçi həbsxanada olduğu illər ərzində həmkarının ona dəstək olmadığını dilə gətirib:

"Ağlıma gəlməzdi ki, bu hadisə mənim başıma gələr. Heç kim belə şeylərdən sığortalanmayıb. Tacir Şahmalıoğlu mənə dəstək olmadı. Onsuz da kimsədən kömək ummurdum. Həbs xəbərimi eşidəndə ilk dəstək Manaf Ağayev və Nadir Qafarzadədən gəlib. Azadlığa çıxdığım günə qədər də ailəmə dəstək olublar. Manaf dar günün dostudur”.

Bahar RÜSTƏMLİ

AzNews.az