Qarabağla bağlı növbəti təxribatın qarşısı alındı

7 Noyabr 2019 15:47 (UTC+04:00)

Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.(Report)

AzNews.az