Bakı Bələdiyyə Teatrının mərhum direktoru, Xalq artisti Amaliya Pənahovanın sabah dünyasını dəyişdiyi gündür.
Teatrın aktrisası Hüsniyyə Mürvətovanın AzNews.az-a verdiyi məlumata görə, noyabrın 8-də “Qurd Qapısı” qəbiristanlığında mərhumun anım mərasimi keçiriləcək:
“Amaliya Pənahovanın qəbirüstü abidəsi qoyulub. Sabah həm də abidənin açılışı olacaq”.
Qeyd edək ki, Xalq artisti Amaliya Pənahova ötən il noyabrın 8-də 73 yaşında vəfat edib.
Bahar RÜSTƏMLİ
AzNews.az