Antonio Banderasın qızı sevgilisi ilə - FOTOLAR

7 Noyabr 2019 18:19 (UTC+04:00)

Dünya şöhrətli ispan aktyoru Antonio Banderasın qızı ilk dəfə sevgilisi ilə birlikdə kameralar önünə çıxıb.

Antonio Banderasla Melani Qriffitin qızı, 22 yaşlı Stella Banderas atasının xüsusi mükafata layiq görüldüyü “Hollivud Film Mükafatları” mərasimində iştirak edib.

NBC telekanalının vitse-prezidenti Ronald Meyerin oğlu Eli Meyer ilə Stella Banderas 2019-cu ilin yayından bəri görüşür. Bu, Stellanın medianın işıqlandırdığı ilk münasibətidir. Sosial mediada Stellanın sevgilisinin kimliyi barədə geniş məlumat yoxdur, yalnız atasının izi ilə getdiyi bəllidir.

Qatıldıqları mötəbər gecənin qırmızı xalçası üzərindən keçən cütlük Antonio və onun sevgilisi Nikol Kempellə birlikdə pozlar veriblər.(oxu.az)