Koçaryanın oğluna atası ilə görüş qadağan edildi

7 Noyabr 2019 20:47 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryana atası ilə görüş qadağan edilib.

Bunu Robert Koçaryanın vəkili Ruben Saakyan noyabrın 7-də jurnalistlərə bildirib.

Jurnalistin "ata ilə oğlun görüşünə niyə icazə vermirlər" sualına cavabında vəkil bildirib ki, bunu onlardan (hakimiyyəti nəzərdə tutur - red.) soruşun.

Qeyd edək ki, noyabrın 7-də Yerevan məhkəməsinin hakimi Anna Danibekyan Robert Koçaryanın girov qarşılığında zaminə buraxılmasına dair vəsatəti təmin etməyib.(report.az)

AzNews.az