7 yaşlı uşaq atdan yıxıldı - Vəziyyəti ağırdır

7 Noyabr 2019 22:15 (UTC+04:00)

Ağstafada 7 yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb.

Hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.

2012-ci il təvəllüdlü Eyyubov İlqar Əli oğlu sözügedən ərazidə at minərkən yıxılıb.

Azyaşlı xəstəxanaya yerləşdilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.(apa.az)

AzNews.az