Ərdoğan Trampla görüşü haqda sualı atalar sözü ilə cavablandırdı

7 Noyabr 2019 23:41 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan macarıstanlı həmkarı Viktor Orbanla ortaq mətbuat konfransında sualları cavablandırıb.

Türkiyə mediası xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Donald Trampla noyabrın 13-də keçiriləcək görüşü ilə bağlı suala atalar sözü ilə qarşılıq verib:

“Doğulmamış uşağa paltar biçilməz. Hər şeydən əvvəl görüşdə ikitərəfli əlaqələrimiz başda olmaqla regional məsələlərdən danışacağıq. Xüsusilə, S-400 və F-35 mövzusu müzakirə olunacaq Məzlum Kobani deyilən adamın Bağdadidən fərqi yoxdur. Yüzlərlə insanın qanına girən təşkilatın başındadır”.(qafqazinfo.az)

AzNews.az