Qlobal beyin mərkəzləri birgə fəaliyyət göstərəcəklər

8 Noyabr 2019 10:26 (UTC+04:00)

Şanxay şəhərində keçirilən Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təşkil edilən Qlobal İqtisadi Forum dünən öz işini başa çatdırdı.

AzNews.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov forum çərçivəsində Çin hökumətinin, o cümlədən bu ölkənin İnkişaf Bankının iştirakı və dəstəyi ilə 10 qlobal beyin mərkəzi ilə Strateji Fəaliyyət Planı üzrə anlaşma protokolu imzalandığını bildirib:

“İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqazı həmin fəaliyyət planının icrasında təmsil edəcək beyin mərkəzi olaraq anlaşmanı imzalayan tərəflərdən biri oldu. 4 istiqaməti əhatə edən fəaliyyət planına müasir çağırışlar üzrə elmi və praktik müzakirələrin davam etdirilməsi, birgə tədqiqatlar, insanlararası əlaqələrin gücləndirilməsi və birgə qlobal və regional tədbirlərin təşkil edilməsi daxildir.

Xəbər verdiyimiz kimi, forum Çin Beynəlxalq İdxal Sərgisi ilə birlikdə keçirilirdi. Tədbirdə Çin Prezidenti daxil olmaqla bir sıra ölkələrin aparıcı rəsmiləri iştirak edirdi. Azərbaycan hökumət nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edirdi”.

Bahar RÜSTƏMLİ

AzNews.az