Rusiyalı hərbi ekspert erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...

8 Noyabr 2019 11:24 (UTC+04:00)

Rusiya Ermənistan qarşısında öz öhdəliklərini sona qədər icra edir.

Bunu “168.am”a müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. O, Dağlıq Qarabağda hərbi fəaliyyətlərin yenilənəcəyi halda KTMT-nin konfliktə müdaxilə etməyəcəyini bildirib:

“KTMT yalnız Ermənistan ərazisinə hücuma məruz qalacağı halda reaksiya verəcək. Ehtiyac yaranacağı təqdirdə Ermənistan gərək rəsmi şəkildə KTMT-yə müraciət etsin. KTMT-nin bütün üzvləri üçün belə dəstəyin verilib-verilməyəcəyini demək çətindir, amma Rusiya KTMT çərçivəsində öz öhdəliklərini mütləq icra edəcək”.

102-ci bazanın hərbi potensialının artırılması məsələsinə gəlincə isə Xramçixin buna yalnız prosesin bitməsindən sonra qiymət verilə biləcəyini deyib. O, hazırda Rusiyanın Ermənistandakı hərbi bazalarının köhnəldiyini və hətta bu bazada artıq Rusiyada istifadə edilməyən silahların olduğunu söyləyib.

Xramçixinin Rusiya bazasının Ermənistandan çıxarılmasının İrəvanın daxili işi olduğunu vurğulayıb:

“Bu, reallaşa bilər. Bundan sonra, məncə, siz 100% Qarabağsız qalacaqsınız, amma bu, yenə də öz işinizdir”. (Axar.az)

AzNews.az