Diz çökdürdüyü oğlanın atası ilə əlbəyaxa oldu: efirdə dava - VİDEO

8 Noyabr 2019 12:31 (UTC+04:00)

Evdə qonşusu tərəfindən diz çökdürülən 16 yaşlı Arif Qəhrəmanlının atası ilə qarşı tərəf arasında qarşıdurma yaşanıb.

ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələn yeniyetmənin atası oğlunu təhqir edən şəxsdən üzr istəməsini tələb edib.

Bunu eşidən şəxs əsəbiləşib və kəskin iradını bildirib. Nəticədə tərəflər arasında əlbəyaxa mübahisə baş verib.

Daha sonra aparıcı Zaur Baxşəliyev araya girərək mübahisəyə son qoyub.

Efirdə baş verən həmin hadisənin görüntüsünü təqdim edirik:

AzNews.az