Göyçayda it sahibəsini ağzından dişləyib

8 Noyabr 2019 13:22 (UTC+04:00)

Göyçayda qadın itin hücumuna məruz qalıb.

Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.

Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (apa)

AzNews.az