İştahınızı bıçaq kimi kəsəcək qidalar bunlardır

8 Noyabr 2019 14:52 (UTC+04:00)

Nə qədər yesəniz də, doymadığınızı düşünürsünüzsə, deməli, qidalanma rejiminizi dəyişməlisiniz. İştahınıza nəzarəti bir dəfə əlinizdən qaçırsanız bir daha geri qaytara bilməyəcəksiniz. Buna görə də yediyiniz yeməklərə nəzarət etməyiniz mütləqdir.

Aparılan araşdırmalar nəticəsində səhər yeməyində 1 ədəd yumurta yemək tox tutur və arıqlamanıza kömək edir. Sadəcə 70 kalori olan yumurtanın tərkibində olan altı qram protein sizi daha tox tutacaq. Həmçinin yumurta enerjini də artırır.

AzNews.az sizə bu qidalardan bir neçəsini təqdim edir:

Avokado

Avokadonun tərkibindəki doymamış yağ, kalium, E vitamini və fol turşusu insanı digər qidalardan daha tez doydurur və uzun müddət tox saxlayır.

Quru paxlalılar

Mərci və lobyadan gündə 3 qaşıq belə yeməniz iştahınızı nəzarətdə saxlayacaq. Gündə 3 yemək qaşığı yeyilən bu qidanın tərkibində 7 qram protein var.

Nanə

Nanə qoxusunun sakitləşdirici özəlliyinin olması ilə bərabər tox tutmaq kimi də üstünlüyü var. Otağınızda nanə tərkibli bir şam yandırsanız və ya nanəli çay içsəniz, uzun müddət özünüzü ac hiss etməyəcəksiniz.

Yağlı balıq

Yağlı balıqlar uzun müddət aclıq hiss etməməyinizə səbəb olacaq. Tərkibində yüksək miqdarda Omeqa-3 olması ürək-damar xəstəliklərinin inkişaf riskini minimuma endirir. Omeqa-3-ün çox olduğu balıqlara ton, sardina, siyənək aiddir.

Səidə Vahid

AzNews.az