"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sabahdan sərnişinlərin istifadəsinə veriləcək

8 Noyabr 2019 14:59 (UTC+04:00)

Noyabrın 9-da səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, ətraf kənd və qəsəbələr eləcə də digər müvafiq istiqamətlər üzrə matşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

AzNews.az