SON DƏQİQƏ: "Barış Pınarı" davam edəcəkmi? - Ərdoğandan QƏTİ CAVAB

8 Noyabr 2019 15:24 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıdarkən təyyarədə açıqlama verib.

AzNews.az xəbər verir ki, o, terror qruplaşmasının atəş açmağa davam etdiyini bildirib.

Bundan sonra jurnalistlərdən biri prezidentdən "Onda 'Barış Pınarı' hərəkatı davam edəcək deyə bilərik?" deyə soruşub.

Ərdoğan suala cavabında hərəkatın davam edəcəyini bildirib:

"Mütləq. Bu bölgədən sonuncu terrorist çıxmayana qədər biz bu işi bitirməyəcəyik" .

Pərvanə

AzNews.az