Rəşad Məcid: Seyidliyim var, cəddimə inanıram - VİDEO

8 Noyabr 2019 15:51 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid İTV-də yayımlanan 3D proqramında seyid nəslindən olmasını təsdiqləyib.

Bu barədə o, Dadaş Dadaşlinskinin "Sizdə seyidlik varmı?" sualına cavab verərkən danışıb.

"Seyidliyim var. Cəddimə inanıram. Xarakterimdə olan arxayınçılığı da cəddimlə bağlayıram. Oğlumun da adı Mirhacibdir. Buna görə, bizim qohumlardan bəziləri onun cəddini çağırıblar. Bir dəfə qohumlardan biri dedi ki, yol polisi onu saxlayıbmış. Həmin vaxt Mirhacibin cəddini çağırıb və bundan sonra yol polisinə zəng gəlib və dönüb gedib",- deyə Rəşad Məcid əlavə edib. (BAKU.WS)

AzNews.az