Dünya rekordu yeniləndi: Avtomobilin sürəti saatda 806 km-ə çatdı - VİDEO

8 Noyabr 2019 16:06 (UTC+04:00)

"Bloodhound" avtomobili Cənubi Afrika Respublikasında sürət testindən keçib və saatda 806 kilometr sürət yığmaqla yeni dünya rekordu müəyyənləşdirib.

Endi Qrin adlı pilot Kalahari çölündə 8-ci sınağından uğurla çıxıb.

"Bloodhound LSR" şirkəti sosial mediada açıqlayıb ki, keçən həftə də avtomobilin sınağı keçirilib və pilot yalnız saatda 643 kilometr sürət yığmağa nail olmuşdu. (Baku.ws)

AzNews.az