Tanınmış futbolçunun 1 yaşlı oğlu yandı

8 Noyabr 2019 18:45 (UTC+04:00)

“Znamya” klubunun hazırkı, Rusiya millisinin sabiq azərbaycanlı futbolçusu Aleksandr Səmədovun 1 yaşlı oğlu yanıb.

Rusiya mediası xəbər verir ki, xəstəxanaya yerləşdirilən azyaşlıya üz, döş qəfəsi və kürəyin birinci və ikinci dərəcəli yanığı diaqnozu qoyulub.

Məlumata görə, uşağın üzərinə qaynar su tökülüb. Hadisə Səmədovun evində baş verib.(qafqazinfo.az)

AzNews.az