Göyçay sakininin bank hesabından pul çıxaran şəxs tutuldu

8 Noyabr 2019 19:47 (UTC+04:00)

Göyçay sakininin bank hesabından pul çıxaran şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən noyabrın 6-da rayon ərazisindəki evlərin birindən V.Mütəllimovun bank kartını oğurlayaraq hesabındakı 210 manatı çıxarmaqda şübhəli bilinən Çərəkə kənd sakini A.Mütəllimov saxlanılıb.

AzNews.az