İranın vurduğu PUA bizə məxsus deyil - ABŞ

8 Noyabr 2019 20:00 (UTC+04:00)

İranın hava məkanında vurulan pilotsuz uçuş aparatı (PUA) ABŞ Silahlı Qüvvələrinə məxsus deyil.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

“İranın hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı yayılan informasiyalar yanlışdır”, - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, bu gün İran Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Fars körfəzində, Mahşəhr limanı yaxınlığında naməlum PUA vurulub.(apa.az)

AzNews.az