Bakıda 16 yaşlı gənc döyülüb

9 Noyabr 2019 01:44 (UTC+04:00)

Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Nərimanov parkında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əhmədov İlham Bayram oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. (report)

AzNews.az