"Kaspi" liseyində Milli Yaddaş tədbiri keçirildi - FOTO

9 Noyabr 2019 13:53 (UTC+04:00)

"Kaspi" lisey Bakıxanovda Dövlət Bayrağı gününə həsr olunmuş "Üçrəngli bayrağım - şöhrətim,şanım!" adlı Milli Yaddaş tədbiri keçirildi.

Tədbirin əvvəlində "Kaspi" Uşaq Musiqi və İncəsənət məktəbinin Ebru və Rəsm şöbəsinin şagirdlərinin bayraq gününə həsr olunmuş sərgiləri təqdim olundu.

Milli Yaddaş proqramımızda iki dəyərli qonaq - Azərbaycan Mətbuat şurasının sədri Əflatun Amaşov və "Olaylar" informasiya agentliyinin direktoru Yunus Oğuz iştirak edirdi.

Azərbaycan Respublikasının Himni ilə başlayan tədbirdə, şəhidləri bir dəqiqəlik sükutla andıqdan sonra söz "Kaspi" Təhsil şirkətinin idarə heyətinin sədri Sona xanım Vəliyevaya verildi.

Tədbirdə "Kaspi" liseyi xor kollektivinin ifasında "Azərbaycan" mahnısı, "Teatr" və "Rəqs" dərnəyinin üzvlərinin ifasında "Bayraq sevdası" musiqili kompozisiyası nümayiş olundu.

Kaspi" liseyi müəllim və şagird kollektivinin ifasında hazırlanmış "Bayraq sənin üçün nədir?..." adlı video rolik qonaqlar tərəfindən maraqla qarşılandı.

Sonda tədbir təşkilatçıları qonaqlarla xatirə şəkli çəkdirdi.

AzNews.az