Milli Məclis təkzib edir

20 May 2013 17:32 (UTC+04:00)
Milli Məclis son günlər ölkənin bir sıra mətbuat orqanlarında guya parlamentdə "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsinin hazırlanması barədə yayılan məlumatları təkzib edir.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildirilib ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətəuyğun deyil: "Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb və müzakirə olunması da nəzərdə tutulmayıb".

Buna görə də Milli Məclisin mətbuat xidməti bütün kütləvi informasiya vasitələrinin diqqətinə çatdırır ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı yoxlasınlar.

AzNews.az