İranda hər il 110 min nəfər xərçəngə tutulur

9 Noyabr 2019 23:25 (UTC+04:00)

İranda hər il xərçəng xəstəliyinin müalicəsi üçün birbaşa və ya dolayısı ilə 900 milyon ABŞ dolları vəsait xərclənilir.

Bunu İran nazirinin müavini İrəc Hərirçi deyib.

O bildirib ki, xərçəngə tutulanlardan 53 faizi kişi, 47 faizi isə qadınlardır.

İ.Hərirçi əlavə edib ki, İranda hər il 110 min nəfər xərçəng xəstəliyinə tutulur.(apa.az)

AzNews.az