İstanbulda 40 nəfərdən çox insan mövlud plovundan zəhərlənib

10 Noyabr 2019 04:00 (UTC+04:00)

İstanbulun Sultanqazi rayonunda 40 nəfərdən çox insan zəhərlənmə şikayətilə xəstəxanaya müraciət edib.

Rayonun Cebeci məhəlləsində axşam saatlarında mövlud mərasiminə qatılan qonaqlara toyuqlu plov süfrəsi açılıb.

Dini mərasimdən az sonra əksəriyyəti qadın olan qonaqlar ürəkbulanma, qusma və mədə sancılarından şikayətlənərək xəstəxanaya çatdırılıb.

Zəhərlənmənin səbəbinin plov olduğu ehtimal edilir.