Tehran nüvə silahı əldə etməyə çalışmayacaq

10 Noyabr 2019 06:25 (UTC+04:00)

İran heç bir halda nüvə silahı istehsal və ya əldə etməyəcək.

RİA "Novosti"nin verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı bildirib.

A. Araqçı deyib: "Əslində, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) müddəti yoxdur. İranın nüvə silahı əldə etməyə səy göstərməmə öhdəliyi daimidir, bu, BHFP-nin ən birinci bəndində deyilir. Bənddə bildirilir ki, İran heç bir halda nüvə silahını istehsal və ya əldə etməyəcəyini təsdiq edir". (trend)

AzNews.az