250 məhkum azadlığa buraxıldı
20 May 2013 17:52 (UTC+04:00)
"Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 7 may 2013-cü il tarixli qərarının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müəssisələr üzrə icrası davam edir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qərarın icrasına başlanılan gündən indiyə kimi Penitensiar Xidmətin tabeliyində olan müəssisələr üzrə amnistiya qərarının təsir dairəsinə düşən 250 nəfər məhkum azadlığa buraxılıb.
AzNews.az