İranda yeni neft yatağı kəşf edildi

10 Noyabr 2019 13:41 (UTC+04:00)

İran böyük ehtiyata malik yeni neft yatağı kəşf edib.

Bunu bu gün İran Prezidenti Həsən Ruhani Yəzd şəhərində əhali qarşısında çıxışı zamanı bildirib.

H.Ruhani deyib ki, kəşf olunan yeni yataqda 53 milyard barel neft ehtiyatı var. Neft yatağı Xuzistan əyalətində yerləşir, İranın cənubundakı Bostan şəhərindən başlayır və Ümidiyyə şəhərinə qədər uzanır. (APA)

AzNews.az