Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənib.
Hadisə şəhərin Totanlı yaşayış massivində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Qurbanova Lalə Şıxəli qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Gənc qız dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Xəstənin vəziyyətin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
AzNews.az