Arvadını aktyora qısqanan ərdən dəhşətli cinayət

10 Noyabr 2019 15:40 (UTC+04:00)

Nyu Yorkda bir kişi həyat yoldaşını bıçaqladıqdan sonra özünü asıb.

AzNews.az "Daily Mail"ə istinadən xəbər verir ki, Dineşvar Budhiat adlı şəxs iyul ayında evləndiyi həyat yoldaşı Donne Dojoyu dəfələrlə bıçaqlayıb.

Daha sonra isə çimərliklərin birinə gedərək özünü ağacdan asıb. Qadın hadisə yerində keçinib.

D.Budhiatın cinayəti törətdikdən sonra baldızına bacısını öldürdüyünü və mənzilin açarının yerini dediyi bildirilir.

Dostlarının dediyinə görə, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, qadın Bollivud aktyoru Hrithik Roşanın pərəstişkarı olduğu üçün Dineşvar Budhiat buna çox qəzəblənib.

Qadının qohumlarından biri Budhiatın çox qısqanc olduğunu təsdiqləyib və aralarında buna səbəb olacaq başqa hər hansı səbəbin olmadığını bildirib. Bildirilir ki, Budhiat Dojoyu təhqir, təhdid edib qorxutsa da Dojoy onu sevdiyi üçün bunları ciddi qəbul etməyib.

Pərvanə

AzNews.az