Tanzaniyada baş verən qəzada 40-dan çox insan yaralanıb - VİDEO

10 Noyabr 2019 20:34 (UTC+04:00)

Tanzaniyanın cənubunda yerləşən Mbeya bölgəsində iki avtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə Tanzaniyanın İTV telekanalı məlumat yayıb.

Belə ki, “İasi” şirkətinə məxsus sərnişin avtobusu İgava ərazisində “Mbeya Express” şirkətinə məxsus sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Hər iki avtobus Tanzaniyanın Dar əs Salam şəhərindən Mbeya şəhərinə doğru hərəkət edirmiş. Faktla bağlı araşdırma aparılır. (Report)

#Habari:Mabasi mawili yaliyogongana katika eneo la Igawa mkoani Mbeya na kusababisha vifo vya watu wawili na wengine zaidi ya 40 kujeruhiwa.

Chanzo kinadaiwa ni basi la kampuni ya Ilasi namba T 549 DER kuligonga basi la Mbeya Express T 666 DHZ lililokuwa linapishana na Lori. pic.twitter.com/zebjgHreKg

— ITV (@ITVTANZANIA) November 10, 2019

AzNews.az