“Sülh çeşməsi” əməliyyatında zərərsizləşdirilən partlayıcı maddələrin sayı açıqlandı

10 Noyabr 2019 21:15 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı apardığı bölgədə bugünədək terrorçular tərəfindən qoyulmuş 331 ədəd mina və süni yolla hazırlanmış 891 partlayıcı maddə zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda PKK və PYD terrorçuları tərəfindən yaşayış əraziləri, yollar, infrastruktur obyektlərinə yerləşdirilmiş partlayıcı maddələrin Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilir.

AzNews.az