Ziya Bünyadov prospektində avtomobil piyadanı vurdu

10 Noyabr 2019 22:03 (UTC+04:00)

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

1960-cı il təvəllüdlü Allahyarov Nizami İbrahim oğlu prospektin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az