Gürcüstanın daxili işlər naziri Azərbaycana niyə gəlir?

20 May 2013 18:14 (UTC+04:00)
Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili Azərbaycana səfərə yola düşüb. Nazir səfər çərçivəsində Azərbaycan Prezienti İlham Əliyevlə görüşəcək. Bu barədə Trend-ə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Qaribaşvili, həmçinin azərbaycanlı həmkarı, milli təhlükəsizlik və fövqəladə hallar nazirləri, eləcə də Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüşlər keçirəcək.

Məlumata görə, Qaribaşvilinin səfəri zamanı ikitərəfli əməkdaşlıq, həmçinin Gürcüstan DİN-də islahatların aparılması məsələləri müzakirə ediləcək.

AzNews.az