Ağ Evdən Türkiyəyə TƏHDİD: "S-400-lərdən vaz keçməsələr.."

10 Noyabr 2019 21:39 (UTC+04:00)

ABŞ Konqresi Türkiyəyə S-400-lərdən vaz keçməyəcəyi təqdirdə sanksiya tətbiq etməyə hazırdır.

AzNews.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen CBS telekanalına açıqlamasında deyib.

O bildirib ki, bu mövzu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfəri zamanı ABŞ lideri Donald Tramp tərəfindən də dilə gətiriləcək.

Robert O'Brayen Türkiyə ilə Rusiya arasında S-400 razılaşmasına görə böyük məmnuniyyətsizlik hissi keçirdiklərini deyib.

Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında hava müdafiə sistemi olan S-400-lərin satışı barədə razılaşma 2017-ci ilin sentyabrında imzalanıb.

Rəsmi Moskva Türkiyəyə S-400 satışını ilk dəfə 2019-cu ilin iyul ayında tamamlamışdı.

Pərvanə

AzNews.az