Bakıda gənc qız dəm qazından zəhərlənərək ölüb

11 Noyabr 2019 05:58 (UTC+04:00)

Bakının Xəzər rayonunda dəm qazından bir nəfər zəhərlənərək ölüb.

Hadisə Buzovna qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Hüseynova Türkanə İsgəndər qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər Rayon Prokorurluğunda araşdırma aparılır. (apa)

AzNews.az