Bakıda məşhur aparıcını bıçaqladılar - FOTO

11 Noyabr 2019 09:59 (UTC+04:00)

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

İnsident Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib. Vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil. (APA)

AzNews.az