Polşa Rusiya ilə yaxınlaşmaqdan imtina etdi

11 Noyabr 2019 11:14 (UTC+04:00)

Rusiyanın dünya ictimaiyyətindəki davranışına görə Polşa onunla yaxınlaşmayacaq.

Bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, Rusiya özünü aqressiv aparır və çox zaman digər ölkələrin daxili məsələlərinə qarışır.

“Avropa özünü elə apara bilməz ki, elə bil Ukrayna, Belarus və Gürcüstanda heç bir şey olmayıb. Polşa demokratik və sülhpərvər Rusiya ilə əməkdaşlıq etmək istəyir. Lakin Rusiya elə deyil”, - Baş nazir bildirib. (axar.az)

AzNews.az