İranda keçiriləcək parlament seçkiləri ilə bağlı Seçki Qərargahı fəaliyyətə başlayıb

11 Noyabr 2019 11:24 (UTC+04:00)

İranda gələn ilin fevralında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı fəaliyyətinə başlayıb.

Qərargahın açılış mərasimində ölkənin daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, seçkilərə mərkəzi nəzarət şurasının və qərargahın üzvləri iştirak ediblər. 2020-ci il fevralın 21-də keçiriləcək 11-ci parlament seçkiləri ilə əlaqədar yaradılan Seçki Qərargahının komitə üzvləri seçki marafonunun gündəliyini müəyyənləşdirəcək və icra edəcəklər.

Qeyd edək ki, İranda parlament seçkilərinə dekabrın 1-dən start veriləcək.

2020-ci ilin fevral ayının 21-də İranın Ekspertlər Məclisinə də səsvermə keçiriləcək. (APA)

AzNews.az