Səhiyyə Nazirliyi Xose Bernardonun bıçaqlanması barədə məlumat yayıb

11 Noyabr 2019 12:24 (UTC+04:00)

Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması barədə məlumat yayıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, Pirallahı rayonunda baş verən bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da daxil olub.

"Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", - nazirlikdən bildirilib.

AzNews.az