Dövlətin pulunu talan edən sabiq nazir tutuldu

11 Noyabr 2019 17:33 (UTC+04:00)

Dağıstanın keçmiş informasiya və mətbuat naziri Nəriman Hacıyev Sloveniyada saxlanılıb.

Bu məlumatı “İnterfaks” öz mənbələrinə istinadən yayıb.

Hazırda Rusiyanın Hacıyevin ekstradisiyası üçün Sloveniya ilə müzakirələr apardığı vurğulanıb.

Qeyd edək ki, Nəriman Hacıyev 2012-2013-cü illərdə nazir vəzifəsini icra edib.

O, 2014-cü ildə beynəlxalq axtarışa verilib.

Buna səbəb büdcə vəsaitlərini talan etməsiylə bağlı ona qarşı irəli sürülən ittihamlar olub. (Axar.az)

AzNews.az