Avropa ölkəsində güclü zəlzələ

11 Noyabr 2019 19:21 (UTC+04:00)

Fransanın cənub-şərqində Montelimar şəhərinin yaxınlığında Rona-Alp bölgəsində 5,4 bal gücündə zəlzələ olub.

Bu barədə “BFMTV” xəbər verib.

Yerli vaxtla saat 11:53 radələrində qeydə alınan yeraltı təkanlar on dəqiqə davam edib və Lion, Monpelye, Avinyon şəhərlərində hiss olunub.

Ardeş prefekturasından verilən məlumata görə, zəlzələ nəticəsində üç nəfər yüngül xəsarət alıb.(qafqazinfo.az)

AzNews.az