Mehriban Əliyeva xalqımızı təbrik etdi

12 Noyabr 2019 09:25 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.

Birinci vitse-prezident bu barədə İnstagramda paylaşım edib:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”.

AzNews.az