Tramp Zelenski ilə bağlı vəd verdi: Bu həftə açıqlayacağam

12 Noyabr 2019 10:38 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bu həftə Ukrayna lideri Vladimir Zelenski ilə ilk telefon danışığının stenoqramını dərc edəcəyini açıqlayıb.

AzNews.az-ın məlumatına əsasən, bu barədə Amerika prezidenti özünün “Twitter” hesabında

“Tarixin ən açıq prezidenti olaraq qalmaq üçün bu həftə Ukrayna prezidenti ilə ilk və buna görə də ən əhəmiyyətli telefon danışığının stenoqramını göstərəcəyəm. Əminəm ki, onu (stenoqramı – red.) maraqlı hesab edəcəksiniz!”, - Tramp yazıb.

Xatırladaq ki, onların ilk söhbəti aprelin 21-də baş tutub. İki ölkə liderinin iyulun 25-də keçirilmiş ikinci söhbəti isə qalmaqala səbəb olub. Belə ki, bundan sonra Tramp Zelenskiyə ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlu Hanter Baydenin Ukraynada fəaliyyətini araşdırmağa başlaması ilə əlaqədar təzyiq göstərməkdə şübhəli bilinib. Sentyabrın 25-də Ağ Ev ABŞ və Ukrayna prezidentlərinin iyul telefon danışığının stenoqramını açıqlayıb.

AzNews.az